Gədəbəydə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən tədbir keçirilib -Fotolar
Tarix: 07-05-2025 | Saat: 13:10
Bölmə:Özəl | çapa göndər

Gədəbəydə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda dəyirmi masa keçirilib.
07 may 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının Zəhmətkənd kənd, İsalı kənd, Əlinağılar kənd, Çanaqçı kənd, Samanlıq kənd, Arıqıran kənd və Arıqdam kənd Ərazi partiya təşkilatlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilən “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda dəyirmi masa keçirilib.
Ərazi partiya təşkilatının sədrləri və digər partiya fəallarının çıxışlarında Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən danışılıb. Çıxışlarda qeyd olunub ki,Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu kimi tanınır və onun siyasi irsi ölkənin inkişafında mühüm rol oynayır.Heydər Əliyev 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan SSR-nin Kommunist Partiyasının birinci katibi olmuş və bu müddət ərzində ölkənin iqtisadi və sosial inkişafına böyük töhfələr vermişdir.1993-cü ildən 2003-cü ilə qədər Azərbaycanın üçüncü prezidenti kimi xidmət etmiş və bu vəzifədə ölkənin müstəqilliyini və suverenliyini möhkəmləndirmişdir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Sonda vurğulanıb ki, öz mənalı ömrünü dövlətçiliyə, xalqına, onun azadlığı və xoşbəxt gələcəyinə həsr edən Ulu Öndərin əziz xatirəsi hər bir Azərbaycan vətəndaşının qəlbində əbədi yaşayacaq.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-05-2025