Mobil versiya
Çin Ukraynada gərginliyin qarşısını almağa çağırıb
Tarix: 07-05-2025 | Saat: 13:02
Bölmə:Özəl | çapa göndər

Çin Ukraynada gərginliyin qarşısını almağa çağırıb

Çin beynəlxalq ictimaiyyəti Ukrayna münaqişəsinin gərginləşməsinin qarşısını almaq üçün şərait yaratmağa çağırıb. Müvafiq bəyanatla Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian brifinqdə Ukrayna PUA-larının Rusiya infrastrukturuna hücum cəhdini şərh edərkən bildirib.
"Beynəlxalq ictimaiyyətin əksər ölkələri artıq Ukrayna məsələsinin siyasi həllində özünəməxsus şəkildə konstruktiv rol oynayır. Hazırda ən aktual vəzifə gərginliyin artmasına yol verməməkdir. Bütün maraqlı tərəflər bu məsələ və [münaqişənin həlli üçün] şərtlərlə bağlı konsensus yaratmalıdır", - Lin Jian qeyd edib.
Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının regionlarına irimiqyaslı PUA-dan hücum edib. Rusiya hava hücumundan müdafiə qüvvələri hücumu dəf edib, o cümlədən Moskva səmasında 9 pilotsuz təyyarə məhv edilib, şəhərin meri Sergey Sobyanin bildirib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2025