Mobil versiya
"Neftçi" və "Zirə"nin futbolçuları 2 oyunluq cəzalandı
Tarix: 07-05-2025 | Saat: 12:22
Bölmə:İdman | çapa göndər

"Neftçi" və "Zirə"nin futbolçuları 2 oyunluq cəzalandı

AFFA İntizam Komitəsi "Zirə"nin kapitanı Qismət Alıyevi və "Neftçi"nin yarımmüdafiəçisi Elvin Camalovu iki oyunluq cəzalandırıb.

aia.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Q.Alıyev Misli Premyer Liqasının XXXIII turunda "Turan Tovuz"la matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı. Bakı klubu buna görə 1500 manat cərimələnib.

E.Camalov isə "Kəpəz"lə görüşdə ciddi qayda pozuntusuna yol verdiyi üçün eyni halla üzləşib. "Ağ-qaralar" da eyni məbləği ödəməli olacaq.

"Turan Tovuz" və "Sabah"a 700 manat cərimə kəsilib. Bölgə təmsilçisinin 4 futbolçusu "Zirə" ilə qarşılaşmada, "Sabah"ın isə eyni sayda oyunçusu "Araz-Naxçıvan"la matçda sarı vərəqə alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2025