Mobil versiya
Arktikanın iqlim dönüşünün olmadığı nöqtən nə vaxt keçəcək?
Tarix: 07-05-2025 | Saat: 11:50
Bölmə:Özəl | çapa göndər

Arktikanın iqlim dönüşünün olmadığı nöqtən nə vaxt keçəcək?
Qroningen Universiteti və Kral Meteorologiya İnstitutundan olan holland alimləri arktik iqlim anomaliyalarının yeni normaya çevriləcəyi anı proqnozlaşdırmaq üçün metod hazırlayıblar. Tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.
14 iqlim modelinin təhlili göstərdi ki, 2050-ci ilə qədər Arktika temperatur və buz örtüyü baxımından yeni iqlim vəziyyətinə keçəcək. Əsrin sonuna qədər isə dəyişikliklər yağıntıların normasına təsir edəcək.

Ekspertlərin fikrincə, mərkəzi Arktikada buzun qalınlığı artıq “yeni normaya” çatıb.
Dəniz buzu dəyişmənin ən həssas göstəricisi olduğunu sübut etdi. Arktikanın mərkəzi bölgələrində onun qalınlığı artıq tarixi dəyişkənlik həddini keçib. Bu, yüksək təbii dəyişkənlik nümayiş etdirən temperaturla müqayisədə bu parametrin nisbətən sabit illik dinamikası ilə bağlıdır. Tədqiqat planetin digər bölgələrində iqlim keçidlərini proqnozlaşdırmaq üçün yeni imkanlar açır. Müəlliflərin qeyd etdiyi kimi, növbəti addım bu məlumatların sosial, siyasi və ekoloji strategiyalara inteqrasiyası olacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2025