Mobil versiya
"Çempionlar Liqası kubokunu Barselonaya gətirəcəyəm" - Lamin Yamal
Tarix: 07-05-2025 | Saat: 11:47
Bölmə:İdman | çapa göndər

"Çempionlar Liqası kubokunu Barselonaya gətirəcəyəm" -

İspaniyanin "Barselona" klubunun vingeri Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsində İtaliyanın "İnter" komandasına 3:4 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.

aia.az xəbər verir ki, 17 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında açıqlama verib.

O, qələbə üçün əllərindən gələni etdiklərini bildirib: "Biz meydanda hər şeyimizi verdik. Təəssüf ki, bu dəfə alınmadı. Amma biz geri dönəcəyik. Bu klubu aid olduğu yerə, yəni, ən zirvəyə qaytarana qədər mübarizə aparacağıq. Verdiyim sözə əməl edəcəyəm və Çempionlar Liqası kubokunu “Barselona”ya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq".

Lamin Yamal bu mövsüm bütün turnirlərdə 51 matçda 15 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “İnter” iki oyunun nəticəsinə əsasən, “Barselona”nı 7:6 hesabı ilə məğlub edərək finala yüksəlib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2025