Çexiya 2025-ci ildə Ukraynaya nə qədər mərmi göndərib??
Tarix: 05-05-2025 | Saat: 18:57
Bölmə:Özəl | çapa göndər

2025-ci ilin əvvəlindən Ukrayna respublikanın sursat təşəbbüsü çərçivəsində Çexiyadan 500 min iriçaplı artilleriya mərmisi alıb. Bunu Çexiyanın Baş naziri Petr Fiala Praqada Vladimir Zelenski ilə görüşündən sonra keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, bütün münaqişə zamanı Kiyev Praqanın vasitəçiliyi ilə iki min vahiddən çox ağır silah və hərbi texnika alıb.
“2025-ci ilin əvvəlindən Çexiya təşəbbüsü çərçivəsində Ukraynaya yarım milyon iriçaplı artilleriya mərmisi çatdırılıb”, - deyə Fiala bildirib.
Baş nazir, həmçinin L-39 və F-16 təyyarələri də daxil olmaqla, ukraynalı pilotların hazırlanmasında Çexiyanın iştirakını genişləndirəcəyini vəd edib.
Fiala əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin təlimi Náměšť nad Oslavou şəhərində keçirilə bilər. Onun fikrincə, Kiyev və Avropa üçün təhlükəsizliyin əsas təminatı “yaxşı silahlanmış Ukrayna ordusu”dur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər