Mobil versiya
Rusiyalı Pavlik Almaniyada miqrasiya naziri olacaq
Tarix: 05-05-2025 | Saat: 16:26
Bölmə:Özəl | çapa göndər

Rusiyalı Pavlik Almaniyada miqrasiya naziri olacaq

Almaniyanın yeni hökumətində dövlət naziri və federal hökumətin miqrasiya, qaçqınlar və inteqrasiya üzrə komissarı postunu Sosial Demokrat Partiyasının (SPD) nümayəndəsi, Rusiya əsilli Natali Pavlik tutacaq. Bu barədə partiyanın rəsmi saytında dərc olunmuş məlumatda bildirilir. Pavlik Tümen vilayətinin Vostok kəndində anadan olub. 1999-cu ildə onun ailəsi repatriasiya proqramı çərçivəsində Almaniyaya köçüb. 2021-ci ildən Hessen əyalətinin Vetterau I seçki dairəsi üzrə Bundestaqın üzvüdür.
2022-ci ildə Pavlik Federal Hökumətin Repatriatlar və Milli Azlıqlar üzrə Komissarı olub.


Bundan əvvəl məlum olub ki, Boris Pistorius Almaniyanın yeni hökumətində müdafiə naziri postunda qalacaq. Qeyd olunur ki, SPD, Xristian Demokrat İttifaqı kimi hökumətdə yeddi nazir portfelini alacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-05-2025