Mobil versiya
"Biz hər zaman və hər yerdə hazırıq”-Əhməd Şərif
Tarix: 02-05-2025 | Saat: 08:25
Bölmə:Özəl | çapa göndər

"Biz hər zaman və hər yerdə hazırıq”-Əhməd Şərif

Hindistanın idarə etdiyi Cammu və Kəşmir əyalətinin Pahalqam rayonunda törədilən terror aktından sonra Hindistan və Pakistan arasında gərginlik artıb. Pakistan Hindistanla gərginlik fonunda hərbi təlimlər keçirib. Həyata keçirilən təlimdə müasir silahlar və həqiqi sursatlardan istifadə edilib.
Pakistan ordusu bildirib ki, təlimlərin məqsədi “düşmənin istənilən hücumuna tam və sarsıdıcı cavab vermək”dir. Pakistan ordusu təlim zamanı peşəkar bacarıqlarını bütün potensialı ilə nümayiş etdirib.
Mətbuat konfransında çıxış edən Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR), media və ictimaiyyətlə əlaqələr bölməsinin direktoru, general-leytenant Əhməd Şərif Çaudri Hindistana qarşı sərt açıqlamalar verib: "Biz hazırıq, bizi sınamayın. Biz bu qətiyyəti 2019-cu ildə də göstərmişdik. Hücumun başladığını düşünən tərəf biz olmayaq. bizi sınamayın. Biz hər zaman və hər yerdə hazırıq”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025