Mobil versiya
Ukraynanın mart ayında dövlət borcunun 2,6 milyard dollar artıb
Tarix: 02-05-2025 | Saat: 08:16
Bölmə:Özəl | çapa göndər

Ukraynanın mart ayında dövlət borcunun 2,6 milyard dollar artıb

Martda Ukraynanın dövlət borcu və zəmanətli borcu 2,6 milyard dollar artıb. Bu barədə Ukraynanın “Ekonomichna Pravda” nəşri ölkənin Maliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb. Martın 31-nə Ukraynanın dövlət borcu 7,123 trilyon UAH-dan çox və ya Ukrayna Milli Bankının məzənnəsi ilə 171,73 milyard dollar təşkil edib.

Qeyd olunur ki, bu il Ukraynanın ümumi dövlət borcu ÜDM-in 110%-nə qədər arta bilər. Mart ayında Helsinki Universitetinin professoru Tuomas Malinen Ukraynanın gələcəyi ilə bağlı pessimist proqnozlar səsləndirərək, onun gələcək uğursuzluğunu və Qərb ölkələrindən borc asılılığını proqnozlaşdırmışdı. O, Ukraynanın dövlət borcunun 2025-ci ildə 106%-i keçəcəyinə dair BVF-nin 23 oktyabr 2024-cü il proqnozu ilə gəldiyi qənaəti dəstəkləyib. Fevralda Ukraynanın keçmiş baş naziri Nikolay Azarov demişdi ki, Ukraynanın yaxın 15-20 il ərzində Vladimir Zelenski rejiminin çəkdiyi borcları ödəmək üçün pulu olmayacaq. Ukraynanın keçmiş baş nazirinin sözlərinə görə, Ukraynanın ixracı azalıb və iqtisadiyyatı çöküb.

Bundan əvvəl Ukraynanın baş naziri Şmıxal ölkənin bərpasını 500 milyard avro dəyərində qiymətləndirmişdi. Azarov diqqətə çatdırıb ki, ölkə tarixində heç vaxt xarici dövlətlərin Kiyevə 100 milyard dollar borc verməsi barədə söhbət olmayıb.



aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2025