Mobil versiya
"Real" Kurtua ilə bağlı QƏRAR VERDİ
Tarix: 29-04-2025 | Saat: 11:25
Bölmə:İdman | çapa göndər

"Real" Kurtua ilə bağlı

İspaniyanın "Real" klubu yaxın günlərdə qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq.

aia.az "Relevo"ya istinadən xəbər verir ki, belçikalı qolkiperin yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olacaq.

Adətən 30 yaşdan yuxarı futbolçularla bir mövsümlük müqavilə bağlayan Madrid təmsilçisinin rəhbərliyi bu qaydanı Kurtua üçün istisna edəcək.

Qeyd edək ki, 32 yaşlı qapıçı 2018-ci ilin avqustundan "Real"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb, 14 matçda isə qapını toxunulmaz saxlayıb. T.Kurtuanın Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2025