Ana Sayfa > İdman > "Real" Kurtua ilə bağlı
"Real" Kurtua ilə bağlıBu gün, 11:25. Yazar: sevinc1 |
![]() İspaniyanın "Real" klubu yaxın günlərdə qapıçısı Tibo Kurtua ilə müqavilənin müddətini uzadacaq. aia.az "Relevo"ya istinadən xəbər verir ki, belçikalı qolkiperin yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər olacaq. Adətən 30 yaşdan yuxarı futbolçularla bir mövsümlük müqavilə bağlayan Madrid təmsilçisinin rəhbərliyi bu qaydanı Kurtua üçün istisna edəcək. Qeyd edək ki, 32 yaşlı qapıçı 2018-ci ilin avqustundan "Real"da çıxış edir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyun keçirib, 48 qol buraxıb, 14 matçda isə qapını toxunulmaz saxlayıb. T.Kurtuanın Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. aia.az Geri dön |