Mobil versiya
Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib -Fotolar
Tarix: 28-04-2025 | Saat: 23:25
Bölmə:Ölkə | çapa göndər

Akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Aprelin 28-də Qusar rayon ərazisində fəaliyyət göstərən səhiyyə və mədəniyyət müəssisələrinin ərazi partiya təşkilatlarında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilmişdir.

aia.az xəbər verir ki, Qusar şəhər OKİ Hospitalında baş tutmuş tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov peşəkar həkim, dünya şöhrətli alim, akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, Azərbaycan səhiyyəsi və tibb elminə misilsiz xidmətlərindən bəhs edərək, əsl ziyalı kimi mənalı ömür yolu keçmiş Zərifə xanım Əliyevanın nəcib niyyəti və xeyirxah əməllərinin ona əbədiyaşarlıq qazandırdığını qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı,YAP İdarə Heyətinin üzvü Azər Badamov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov və digər natiqlər də görkəmli oftalmoloq-alim, ictimai xadim Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolundan, təkrarolunmaz elmi irsindən, peşə və ictimai fəaliyyətindən tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Qusar rayon Mərkəzi Xəstəxanasında baş tutmuş tədbirdə Milli Məclisin deputatı Azər Badamov, Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov, YAP Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, xəstəxana rəhbərliyi və kollektivinin iştirakı ilə Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yoluna nəzər salınmış, onun novator alim kimi tibb sahəsində misilsiz xidmətləri, ictimai fəaliyyəti haqqında ətraflı məlumat verilmiş və videoçarx nümayiş etdirilmişdir.

Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyi münasibətilə Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilmiş “Qəlblərə nur saçan insan” adlı tədbirdə əvvəlcə Zərifə Əliyevanın həyatı və çoxşaxəli fəaliyyətini əks etdirən foto sərgiyə baxış keçirilmişdir. Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ceyhun Hacıyev,YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova və digər natiqlər elmi tədqiqatları ilə milyonlarla insana işıq, nur bəxş edən görkəmli alimin fəaliyyəti haqqında məlumat verərək, Zərifə xanımın əziz xatirəsinin xalqımızın qəlbində sonsuz sevgi və ehtiramla əbədi yaşayacağını qeyd ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2025