Mobil versiya
Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib -Fotolar
Tarix: 26-04-2025 | Saat: 19:49
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarova Roma Papası Fransiskin dəfn mərasimində iştirak edib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dəfn mərasimi aprelin 26-da Vatikanda Müqəddəs Pyotr meydanında keçirilib. Dünya dövlətlərinin dövlət, hökumət başçılarının, parlament sədrlərinin, ruhanilərin və görkəmli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimdə ölkəmizi Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.

Spiker Sahibə Qafarova Müqəddəs Taxt-Tacın Dövlət katibi, kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici işlər naziri, arxiyepiskop Paul Qalager ilə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığını çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2025