Senatorlar Trampı insayder ticarətində ittiham ediblər
Tarix: 10-04-2025 | Saat: 15:37
Bölmə:Özəl | çapa göndər

Kaliforniya və Konnektikutdan olan demokrat senatorlar Adam Şiff və Riçard Blumental ABŞ prezidenti Donald Trampı bazar manipulyasiyasında və insayder ticarətində ittiham ediblər. Bu barədə NBC telekanalı məlumat yayıb.Trampın ittihamına səbəb onun sosial mediada S&P 500 indeksinin 75 ölkəyə tarifləri dayandırmaq barədə daha əvvəl verdiyi açıqlamalara görə 9% yüksəlməsi ilə bağlı şərhi olub. Daha sonra Tramp yazıb ki, “indi səhmlərin alınması zamanıdır”.
"Vəziyyəti başa düşmək üçün hər şeyi etməyə çalışacağıq. Kriptovalyuta birjasında ailə tokenlərinin ticarətinə gəlincə, bu bir şeydir, lakin kimsə birjada şəxsi zənginləşmə üçün insayder məlumatlarından istifadə etdikdə, bu, tamam başqa şeydir. "Ümid edirəm ki, tezliklə bunu öyrənəcəyik" dedi Şiff.
Amerika KİV-ləri aydınlaşdırıblar ki, bu kimi məsələlər Senatın Məhkəmə-Hüquq Komitəsi və ya Maliyyə Məsələləri Komitəsi tərəfindən həll edilir - hər iki komitəyə indiyədək şərh verməkdən çəkinən respublikaçı senatorlar rəhbərlik edir.
Bloomberg-in Milyarderlər İndeksinə görə, dünyanın ən varlı insanları səhmlərinin artması ilə bir gündə 304 milyard dollar qazanıb.
Ən varlı insanların sərvətindəki kəskin artım ABŞ prezidenti Donald Trampın bəzi ticarət tərəfdaşlarına tarifləri dayandıracağını vəd etməsindən sonra qeydə alınıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-04-2025
17-04-2025