Mobil versiya
 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Türk Qızıl Ayının Azərbaycandakı Nümayəndəsini qəbul edib
Tarix: 10-04-2025 | Saat: 14:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Türk Qızıl Ayının Azərbaycandakı Nümayəndəsini qəbul edib

10 aprel 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Türk Qızıl Ayının ölkəmizdəki nümayəndəsi Hüseyn Çıtak ilə görüş keçirib. Görüş nümayəndənin Azərbaycandakı fəaliyyət müddətinin başa çatması münasibətilə təşkil olunub.

Cəmiyyətin baş ofisində görüş zamanı Hüseyn Çıtak öz səlahiyyət müddətində həyata keçirilən layihələr və əməkdaşlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. O, Türk Qızıl Ayı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti isə öz növbəsində Hüseyn Çıtaka ölkəmizdəki fəaliyyətinə görə təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb.

Sonda tərəflər birgə xatirə şəkili çəkdiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2025