Mobil versiya
Paşinyan: Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu
Tarix: 27-03-2025 | Saat: 09:09
Bölmə:Dünya | çapa göndər

Paşinyan:

Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu.

aia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə "Hökumət saatı"nda bildirib.

"Xüsusilə, hökumətin hesabatlarının müzakirəsi zamanı söylədiklərimdən sonra, mövqeyimi birbaşa ifadə etməsəm, səmimi olmaram. O zaman qeyd etdim ki, Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane olmaq üçün istifadə edilib. Buna görə də birmənalı olaraq hesab edirəm ki, Qarabağ hərəkatı davam etməməlidir", - Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağ hərəkatının davam etdirilməsindən imtina məntiqində ATƏT-in Minsk qrupunun buraxılması məsələsinin müzakirəsini mümkün hesab edir.

Bununla belə, Paşinyan bu məsələ ilə bağlı yekun qərarın qəbul edilməsində tələsmədiyini etiraf edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə