Mobil versiya
İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət aldı
Tarix: 19-03-2025 | Saat: 11:01
Bölmə:Ölkə | çapa göndər

İlaxır çərşənbədə 6 azyaşlı tonqalda xəsarət aldı

Torpaq çərşənbəsində altı nəfər tonqalda xəsarət alma ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət edib.

aia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciətlər Xətai, Binəqədi, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının ərazisindən daxil olub.

"Xəsarət alan 8 yaşlı qız hər iki qolun və qarın nahiyəsinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 5, 6 və 11 yaşlı oğlan uşaqları isə bədənin müxtəlif nahiyələrinin yüngül termiki yanığı diaqnozu ilə yerində tibbi xidmət göstərilib. İki azyaşlının isə tibbi xidmətdən imtinası qeydə alınıb",- məlumatda vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2025