Mobil versiya
Avropalılar orta hesabla 81,4 il yaşayır
Tarix: 14-03-2025 | Saat: 18:50
Bölmə:Özəl | çapa göndər

Avropalılar orta hesabla 81,4 il yaşayır

Avropa İttifaqı (Aİ) ölkələrində orta ömür uzunluğu 81,4 yaşa yüksəlib. Ən uzun orta ömür uzunluğu İspaniya və İtaliyada müəyyən edilib.
Avropa Statistika İdarəsi (Eurostat) Aİ ölkələrində orta ömür uzunluğuna dair məlumatları dərc edib.
Məlumata görə, 2023-cü ildə Aİ ölkələrində orta ömür uzunluğu əvvəlki ilə nisbətən 0,8 il artaraq 81,4 yaşa çatıb. Beləliklə, gözlənilən ömür uzunluğu Covid-19 epidemiyasının təsirindən xilas oldu və 2019-cu ilin dəyərini keçdi.

Orta ömür uzunluğu 2002-ci illə müqayisədə 3,8 il artıb.

Qadınların orta ömür uzunluğu kişilərinkindən 5,3 il çox olub.

Aİ ölkələrində orta ömür uzunluğu qadınlar üçün 84, kişilər üçün isə 78,7 il olub.

Aİ ölkələrində ən uzun orta ömür uzunluğu İspaniyada 84, İtaliyada 83,5, Lüksemburq, Malta və İsveçdə 83,4, Fransada 83 il müəyyən edilib.

Almaniyada orta ömür uzunluğu 81,1 il olduğu halda, ən aşağı göstərici Latviyada 75,6 il, Bolqarıstanda 75,8 il və Rumıniyada 76,4 il olub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025