Mobil versiya
ABŞ-da yumurta böhranı: Türkiyədən kömək istədilər
Tarix: 14-03-2025 | Saat: 18:41
Bölmə:Özəl | çapa göndər

ABŞ-da yumurta böhranı: Türkiyədən kömək istədilər
Reuters xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ yumurtanın qiymətinin artması ilə mübarizə üçün Türkiyə, Danimarka və bəzi digər Avropa ölkələrindən kömək istəyib.
ABŞ-da yumurta böhranı davam edir.
Yumurta qiymətlərinin yüksəlməsi ilə mübarizə aparmaq üçün ABŞ Türkiyə, Danimarka və bəzi digər Avropa ölkələrindən ABŞ-a yumurta ixrac etmələrini istəyib.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bu tələbi ABŞ prezidenti Donald Trampın Avropa ölkələri və bir çox başqa ölkələrə qarşı yeni tarif təhdidləri ilə eyni vaxtda edilib.

Tramp həmçinin Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı ABŞ-a verməsə, Danimarkanı iqtisadi sanksiyalarla hədələyib.

Reuters tərəfindən nəzərdən keçirilən sənəddə göstərilir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin Avropadakı nümayəndəsi fevralın sonunda yumurta istehsal edən ölkələrə rəsmi məktub göndərərək, ABŞ bazarına yumurta tədarük edə biləcəklərini soruşub.

Martın əvvəlində Danimarka Yumurta İstehsalçıları Birliyinə göndərilən yeni məktubda ABŞ-a göndərilə biləcək yumurtaların təxmini miqdarının dəqiqləşdirilməsi istənilib.

Danimarka qurumu bu tələbi araşdıracağını, lakin Avropada yumurta istehsalında artıqlığın olmadığını, əksinə istehlakın artması və quş qripi epidemiyası səbəbiylə dünya miqyasında yumurta tədarükü açığı olduğunu bildirib.

Türkiyə Yumurta İstehsalçıları Mərkəzi Birliyinin (YUM-BİR) sədri İbrahim Afyon, quş qripi epidemiyası səbəbiylə yumurta tədarükü problemi yaşayan ABŞ ilə təxminən 15 min ton yumurta ixrac etmək üçün müqavilə bağladıqlarını və fevral ayında başlayan göndərişin iyul ayına qədər davam edəcəyini söylədi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-03-2025