Mobil versiya
Dumanlı hava şəraiti sabahadək davam edəcək - FAKTİKİ HAVA
Tarix: 13-03-2025 | Saat: 10:00
Bölmə:Ölkə | çapa göndər

Dumanlı hava şəraiti sabahadək davam edəcək -

Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur.

Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-03-2025