Ana Sayfa > Ölkə > Dumanlı hava şəraiti sabahadək davam edəcək -
Dumanlı hava şəraiti sabahadək davam edəcək -Bu gün, 10:00. Yazar: sevinc1 |
![]() Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır. Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Quba, Gəncə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir. aia.az Geri dön |