Mobil versiya
Qebreyesus: ÜST Suriyaya tibbi yardımın çatdırılması üzərində işləyir
Tarix: 10-03-2025 | Saat: 08:41
Bölmə:Dünya | çapa göndər

Qebreyesus:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Suriyadakı döyüşlərdən narahatlığını bildirib.

aia.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“Suriyanın mərkəzi hissəsində baş verən toqquşmalar dərin narahatlıq doğurur. ÜST yaralılara təcili tibbi ləvazimatların çatdırılması və müalicəsi üçün çalışır”, - ÜST rəhbəri qeyd edib.

O vurğulayıb ki, ÜST münaqişə tərəflərini səhiyyə xidmətlərinə hörmətlə yanaşmağa və qorumağa çağırır: "Tibbi xidmət ona ən çox ehtiyacı olanlara çatdırılmalıdır".

Bundan əvvəl “Əl İxbariya” telekanalı Suriya Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib ki, Suriyanın qərbində, Latakiya ətrafında yerləşən Batanita kəndi ərazisində Suriya təhlükəsizlik qüvvələri ilə yeni hakimiyyətə qarşı çıxan silahlı qruplar arasında şiddətli toqquşmalar qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025