Mobil versiya
Sahibə Qafarova Gürcüstanda rəsmi səfərdədir - YENİLƏNİB
Tarix: 10-03-2025 | Saat: 11:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

Sahibə Qafarova Gürcüstanda rəsmi səfərdədir -

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdədir.

Bu barədə aia.az-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tbilisinin Şota Rustaveli Beynəlxalq Aeroportunda nümayəndə heyətini Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani, hər iki ölkənin səfirləri Zurab Pataridze, Faiq Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarovanın Gürcüstan rəhbərliyi ilə bir sıra görüşləri nəzərdə tutulub.
***

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Gürcüstana səfər edəcək.

aia.az xəbər verir ki, spiker Tbilisiyə səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə, eləcə də digər Gürcüstan rəsmiləri ilə görüşlər keçirəcək.

Səfər martın 11-də başa çatacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2025