Mobil versiya
“Real”ın futbolçusu yenidən sıradan çıxdı
Tarix: 04-02-2025 | Saat: 15:29
Bölmə:İdman | çapa göndər

“Real”ın futbolçusu yenidən sıradan çıxdı

İspaniyanın “Real Madrid” komandasının futbolçusu David Alaba sıradan çıxıb.

aia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı müdafiəçinin tibbi müayinə zamanı sol bud əzələsində zədə aşkarlanıb.

32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, D.Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən uzun müddət meydana çıxa bilməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025