Mobil versiya
Gədəbəydə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib -Fotolar
Tarix: 27-01-2025 | Saat: 18:26
Bölmə:Özəl | çapa göndər

Gədəbəydə Yeni Azərbaycan Partiyasının  namizədlərinin seçicilərlə görüşü keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Düz Rəsullu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında Azərbaycanın siyasi palitrasının ən güclü, ən böyük partiyasıdır və xalqımızın ən çox dəstəklədiyi siyasi təşkilatdır. Təşkilat sədri çıxışında partiyanın bu günə qədər keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazandığını vurğulayıb.

Seçki qərargahının üzvləri Tural Topçuyev, Rövşən Qasımov və bələdiyyə üzvlüyünə namizədlər Mirbəşir Mənafov Abdulla Alıyev, Ələddin Qurbanov, Sarvan Məmmədov, Fərrux Həsənov, Gülçin Burcalıyeva, Gülyanə Bayramova, İsmayıl Bayramov, Şəhla Hüseynova, Qabil İbrahimov və Mətləb Kərimov çıxışlarında Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə xidmət etdiyini və YAP-ın fəaliyyətinin Azərbaycanın milli maraqlarını qətiyyətlə qorunmasına hədəfləndiyini diqqətə çatdırıblar.

Qeyd edək ki, YAP-ın Düz Rəsullu bələdiyyəsi üzrə namizədləri məhəllə görüşləri də keçiriblər.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2025