Mobil versiya
Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyalarla bağlı qərar qəbul ediblər
Tarix: 27-01-2025 | Saat: 16:01
Bölmə:Özəl | çapa göndər

Aİ ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyalarla bağlı qərar qəbul ediblər

Aİ Rusiyaya qarşı mövcud sanksiyaları daha altı ay uzadacaq. Bu barədə məlumatlı mənbələrə istinadən Bloomberg məlumat yayıb.
Avropa İttifaqının xarici işlər nazirləri yanvarın 27-də keçirilən iclasda sanksiyaların uzadılması barədə razılığa gəliblər. Budapeşt 2024-cü ilin dekabrında Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinə Donald Trampın inauqurasiyasını gözləmək istədiyini söylədikdən sonra bu qərarı əngəlləyir.

Aİ sanksiyaları altı aydan bir yenilənməlidir. Bu, formal xarakter daşıyır, lakin blokun bütün üzv dövlətlərinin dəstəyini tələb edir. Avropalı diplomatlar Bloomberg-ə bildiriblər ki, Aİ Budapeştin sanksiyaların uzadılmasına dəstəyi müqabilində enerji təhlükəsizliyi ilə bağlı bəyanat yaymağa razılaşıb. Orban bundan əvvəl Aİ Ukraynaya Mərkəzi Avropaya qaz tədarükünü bərpa etmək üçün təzyiq göstərməsə, tədbirlərin uzadılmasına veto qoyacağı ilə hədələyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-01-2025