Pirallahıda YAP-ın namizədləri favoritdir -Fotolar
Tarix: 08-01-2025 | Saat: 14:57
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Pirallahı rayonu, Pirallahı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri və seçki qərargahının rəhbəri Emil Abasov bildirib ki, hər bir partiyanın ali məqsədi seçkilərdə iştirak edərək xalqın səsini qazanmaqla onun arzu və istəyini real işləri ilə təsdiqləməkdir. Sevindirici haldır ki, ötən müddət ərzində keçirilən bütün seçkilərində qalib gələn partiyamız uğurlu fəaliyyəti ilə xalqın etimadı doğruldub. Məhz bu səbəbdən də YAP ölkəmizdə analoqu olmayan siyasi qüvvə olduğunu bir daha təsdiqləyib. Natiq öz çıxışı zamanı vurğuladı ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin hüquqi statusunun qanun çərçivəsində müəyyənləşdirilməsi ilk dəfə olaraq məhz Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapdı və hazırda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmizdə bələdiyyəçilik keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Görüş zamanı təşkilat sədri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşısında duran məsələlərdən danışaraq seçiciləri keçiriləcək seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Arzu Cahangirova və bələdiyyə üzvlüyünə namizədlər Əli Kərimov, Heydər Vəliyev, Möhübət Məhərrəmov, Səadət İbrahimova ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını bildiriblər. Onlar Yeni Azərbaycan Partiyasının seçki proqramı və gələcəkdə bələdiyyədə görmək istədikləri işlər haqqında seçicilərə ətraflı məlumat veriblər. Çıxış edənlər seçiciləri bələdiyyə seçkilərində yüksək fəallıq nümayiş etdirməyə və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.
Görüşlər zamanı seçicilər YeniAzərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025