Fransa Xarici İşlər Nazirliyi Avropa Komissiyasını rəqəmsal mühiti daha ciddi tənzimləməyə çağırıb
Tarix: 08-01-2025 | Saat: 14:20
Bölmə:Özəl | çapa göndər
Fransanın xarici işlər naziri Jan-Noel Barro amerikalı milyarder İlon Maskın bəyanatları fonunda Avropa Komissiyasını rəqəmsal məkanın daha sərt tənzimlənməsinə çağırıb. Diplomat bu barədə France Inter radiostansiyasının efirində bildirib.Barro vurğulayıb ki, Avropa Komissiyası Aİ ölkələrini müdaxilə və müdaxilə təhdidlərindən qoruya bilməsə, o zaman Aİ bunu etmək qabiliyyətini üzv ölkələrə, xüsusən də Fransaya qaytarmalı olacaq.
Yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron çıxışı zamanı amerikalı iş adamı İlon Maskı digər ölkələrdə, xüsusən də Almaniyada keçirilən seçkilərə müdaxilə etməkdə ittiham edib.
Dekabrda Mask demişdi ki, Almaniyada hakimiyyətə gələn yalnız sağçı Almaniya üçün Alternativ (AfD) partiyası ölkəni xilas edə bilər. Bundan sonra “Der Spiegel” jurnalı yazıb ki, Almaniya kansleri namizədləri Olaf Şolz, Fridrix Merz və Robert Habek AfD-ni dəstəkləməklə bağlı sözlərindən sonra amerikalı milyarder və sahibkar İlon Maskı “yerinə” qoymalıdırlar.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025