Ana Sayfa > Ölkə > Qanunsuz saxlanılan silah-sursat aşkar olundu
Qanunsuz saxlanılan silah-sursat aşkar olunduDünən, 11:27. Yazar: sevinc1 |
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, yanvarın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 9 qumbara, 3 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 319 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər. aia.az Geri dön |