Mobil versiya
Çində 6,8 bal gücündəki zəlzələdə 53 nəfər öldü - YENİLƏNİB
Tarix: 07-01-2025 | Saat: 09:10
Bölmə:Manşet / Dünya | çapa göndər

Çində 6,8 bal gücündəki zəlzələdə 53 nəfər öldü -

Tibetdə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

aia.az xəbər verir ki, zəlzələ nəticəsində 62 nəfərin xəsarət aldığı qeyd edilir.

***

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində 6,8 bal gücündə zəlzələ baş verib.

aia.az "Sinxua" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 32 nəfər həlak olub.

"2025-ci il yanvarın 7-də səhər saatlarına olan məlumata görə, Dinqri rayonunda 32 nəfər həlak olub, 38 nəfər yaralanıb, 1000-dən çox ev uçub", - agentlik qeyd edib.

Qeyd olunur ki, Tibetdə 5 kilometr radiusda yeddi kənd var.

Məlumatına görə, Çin hakimiyyəti zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə nəzarət etmək üçün yeraltı təkanlar bölgəsinə 1,5 mindən çox işçi qrupu göndərib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025