Ana Sayfa > Ölkə > Aktauda qəzadan sağ çıxanlardan biri məşhur alimin qızı imiş
Aktauda qəzadan sağ çıxanlardan biri məşhur alimin qızı imişDünən, 16:34. Yazar: sevinc1 |
Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxanlardan biri 90-cı illərdə Qroznıda faciəvi şəkildə həlak olmuş məşhur sovet alimi Əbdül-Həmid Bisliyevin qızıdır. aia.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, 54 yaşlı Cəmilə Bisliyeva Aktauda “Embraer 190AR” markalı təyyarənin qəzaya uğraması nəticəsində sağ çıxa bilib. Əbdül-Həmid Bisliyev 1991-ci il noyabrın 11- də yoldaşı, pedaqoji elmlər doktoru, professor, Çeçenistan Dövlət Universitetinin rektoru Viktor Abramoviç Kan-Kalikə kömək etdiyi üçün öldürülüb. Kan-Kalik və Bisliyev universiteti birlikdə tərk edərkən bir qrup silahlı şəxs rektoru tutaraq maşına mindirməyə çalışıb. Onları dayandırmağa çalışan Bisliyev avtomatdan açılan atəşlə qətlə yetirilib. Geri dön |