Mobil versiya
"Diplomatlarımız bəzən təhlükəli şəraitdə çalışaraq..." - Deputat
Tarix: 20-12-2024 | Saat: 12:46
Bölmə:Parlament | çapa göndər

"Diplomatlarımız bəzən təhlükəli şəraitdə çalışaraq..." -

"Diplomatlarımız son 30 ildə çox mürəkkəb, bəzən təhlükəli şəraitdə çalışaraq ölkəmizin milli maraqlarını beynəlxalq platformalarda müdafiə ediblər və etməkdədirlər”.

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Diplomatik xidmət haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fariz İsmayılzadə deyib.

O bildirib ki, Zəfər əldə etmiş ölkəmizin qarşısında yeni çağırışlar durur: "Regionda yeni risklər yaranır. Ölkəmizin rəqəmsal təhlükəsizliyinin qorunmasında zərurət yaranıb. Qarabağa qayıdış və yenidənqurma işləri fəal təbliğ olunmalıdır. Səfirlərimiz yeni ticarət əlaqələrinin güclənməsinə xüsusi diqqət yetirməlidirlər. Diplomatlarımızın təhlükəsizliyini, internet resurslarından istifadə ilə qayadaları ilə bağlı maddələrin də qanuna əlavə edilməsini təklif edirəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə