Mobil versiya
Ərdoğan Dəməşqə gedir: Colani ilə görüşəcək
Tarix: 20-12-2024 | Saat: 10:22
Bölmə:Dünya | çapa göndər

Ərdoğan Dəməşqə gedir:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 gün ərzində Dəməşqə səfər edəcək.

aia.az xəbər verir ki, belə bir iddianı Türkiyə mediası Dəməşqdəki mənbələrə əsasən yayıb.

Bildirilib ki, səfər çərçivəsində Ərdoğanın “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd Colani və Suriya türkmanları ilə görüşü gözlənilir.

Həmçinin, Türkiyə liderinə görə, Həma, Xüms və İdlib xətti boyunca həm havadan, həm də qurudan fövqəladə mühafizə qalxanı yaradılacaq. Türkiyəyə məxsus radarlar işə salınaraq bütün hava hərəkətliliyi nəzarətə götürüləcək./axar.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə