Mobil versiya
Alternativ xidmət üçün müraciət edənlərin sayı məlum olub
Tarix: 16-12-2024 | Saat: 12:54
Bölmə:Parlament / Karusel | çapa göndər

Alternativ xidmət üçün müraciət edənlərin sayı məlum olub

"Alternativ xidmət hələ pullu xidmət demək deyil. Bu, dünya praktikasında da belədir. Çağırışçı bir il xidmət edirsə, alternativ xidmət iki dəfə artıq olur. Bu da əsasən müharibə vaxtı deyil, sülh dövründə olur. Konkret olaraq harada xidmət keçmələri haqqında müvafiq məlumatlar verilir".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

"Bu gün təxminən 15-16 nəfər yaxın belə vətəndaşımız var. Bunlar Yehovanın Şahidləri dini qurumlarına məxsusdur. Onlar alternativ xidmət keçmək istəyirlər. Həmin şəxs müraciət etməzdən əvvəl dini və ideoloji səbəblərdən hərbi xidmətə qarşı olan mövqeyini təsdiq edən sənədləri təqdim etməlidir", - deyə komitə sədri bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə