Mobil versiya
Zaxarova NATO və BMT-ni Suriyaya zidd yanaşmalarına görə məsxərəyə qoyub
Tarix: 13-12-2024 | Saat: 20:24
Bölmə:Özəl | çapa göndər

Zaxarova NATO və BMT-ni Suriyaya zidd yanaşmalarına görə məsxərəyə qoyub
NATO ölkələri Suriyada “zorakılığın dayandırılmasına” çağırır, BMT isə ölkədə sülh olduğunu iddia edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında məlumat verib.
O qeyd edib ki, son günlər ölkələrin, xüsusən də “NATO mərkəzli” ölkələrin Suriyada “zorakılığın dayandırılmasına” çağırış etdiyi xəbərləri oxuyur.

“Görünür, onlar BMT-nin baş katibi Antonio Quterreşin “Suriyada 14 illik qan tökülməsindən sonra sülh gəlib” ifadəsini eşitməyiblər”, - Zaxarova əlavə edib.
Xatırladaq ki, dekabrın 8-də Suriya müxalifəti ölkəyə nəzarətin qurulduğunu və ölkə prezidenti Bəşər Əsədin devrilməsini elan etmişdi. İki gün sonra İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə