Ana Sayfa > Özəl > Zaxarova NATO və BMT-ni Suriyaya zidd yanaşmalarına görə məsxərəyə qoyub
Zaxarova NATO və BMT-ni Suriyaya zidd yanaşmalarına görə məsxərəyə qoyub13-12-2024, 20:24. Yazar: sevinc1 |
NATO ölkələri Suriyada “zorakılığın dayandırılmasına” çağırır, BMT isə ölkədə sülh olduğunu iddia edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında məlumat verib. O qeyd edib ki, son günlər ölkələrin, xüsusən də “NATO mərkəzli” ölkələrin Suriyada “zorakılığın dayandırılmasına” çağırış etdiyi xəbərləri oxuyur. “Görünür, onlar BMT-nin baş katibi Antonio Quterreşin “Suriyada 14 illik qan tökülməsindən sonra sülh gəlib” ifadəsini eşitməyiblər”, - Zaxarova əlavə edib. Xatırladaq ki, dekabrın 8-də Suriya müxalifəti ölkəyə nəzarətin qurulduğunu və ölkə prezidenti Bəşər Əsədin devrilməsini elan etmişdi. İki gün sonra İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb. aia.az Tərcümə şöbəsi Geri dön |