Mobil versiya  Bazar ertəsi, 6 yanvar 2025, 06:33:31  
Ov mövsümü açılışının yubanma səbəbi açıqlandı
Tarix: 12-12-2024 | Saat: 16:45
Bölmə:Ölkə | çapa göndər

Ov mövsümü açılışının yubanma səbəbi açıqlandı

Azərbaycanda mütəxəssislər hazırda vəhşi heyvan və quş növlərinin monitorinqini, xüsusilə də ovçuluq təsərrüfatında sayğı prosesini aparır.

aia.az Report-a istinadən xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.

O qeyd edib ki, ötənilki sayğı zamanı iqlim dəyişmələri ilə bağlı, xüsusilə köçəri quşların sayında azalma müşahidə edilib: "Buna əsas səbəb dünyada baş verən iqlim dəyişmələri, su- bataqlıq ərazilərin quruması, quşların miqrasiya marşrutlarının dəyişməsidir".

"Hazırda mütəxəssislər yerlərdə sayğı prosesini davam etdirir, alimlər müxtəlif biotoplarda quş koloniyaları, sayğı zamanı rast gəlinən növlərin sayı ilə bağlı təhlillər aparır. Bütün bu işlər yekunlaşdıqdan sonra alim və mütəxəssislərin rəyinə əsasən “Ov Məsələləri üzrə Koordinasiya Şurası”nın növbəti iclası keçiriləcək, ardınca ov mövsümünün açılıb-açılmaması ilə bağlı yekun qərar qəbul ediləcək", - A.Babayeva vurğulayıb.

Xatırladaq ki, ötən il Azərbaycanda ov mövsümü sentyabrda açılmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə