Azərbaycan–Vyetnam münasibətlərində yeni siyasi mərhələ: strateji tərəfdaşlığın möhkəmlənən təməlləri
Tarix: 24-11-2026 | Saat: 12:50
Bölmə:Siyasət | çapa göndər
i
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında formalaşmış ənənəvi dostluq münasibətlərinin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Vyetnamı birləşdirən münasibətlərin əsasında uzun illər ərzində formalaşmış qarşılıqlı hörmət, etimad və əməkdaşlıq ənənələri dayanır. 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən iki ölkə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verib. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və ölkə Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə bu əməkdaşlığın tarixində yeni mərhələnin başlanğıcı olub.
Prezident İlham Əliyevin Vyetnama səfəri məhz həmin strateji tərəfdaşlıq çərçivəsində əldə olunmuş razılaşmaların inkişaf etdirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və qarşılıqlı əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir.
Hanoi şəhərində keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev və Prezident To Lamın qəbul etdiyi Birgə Bəyanat iki ölkənin strateji tərəfdaşlığın inkişafına dair ortaq mövqeyini və gələcək əməkdaşlıq niyyətlərini bir daha təsdiqləyib.
Səfər çərçivəsində parlamentlərarası əlaqələrin, siyasi partiyalar arasında əməkdaşlığın, diplomatik məsləhətləşmələrin və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə də diqqət yetirilib.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda əməkdaşlıq təcrübəsi mövcuddur. Bu təcrübənin davam etdirilməsi və yeni istiqamətlərlə zənginləşdirilməsi hər iki ölkənin beynəlxalq münasibətlər sistemində qarşılıqlı fəaliyyət imkanlarını artırır.
Səfərin mühüm məqamlarından biri də iki ölkə arasında münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret sənədlər və praktiki əməkdaşlıq mexanizmləri əsasında inkişaf etdirilməsinə yönəlmiş addımların atılmasıdır.
Bütün bunlar göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluq ənənələrini qorumaqla yanaşı, müasir beynəlxalq münasibətlərin tələblərinə uyğun yeni məzmun qazanır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri strateji tərəfdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və iki xalq arasında dostluq əlaqələrinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi yadda qalacaq.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər
Tarix: 24-11-2026 | Saat: 12:50
Bölmə:Siyasət | çapa göndər
iAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi rəsmi səfər iki ölkə arasında formalaşmış ənənəvi dostluq münasibətlərinin yeni məzmunla zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan və Vyetnamı birləşdirən münasibətlərin əsasında uzun illər ərzində formalaşmış qarşılıqlı hörmət, etimad və əməkdaşlıq ənənələri dayanır. 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından etibarən iki ölkə müxtəlif sahələrdə əlaqələrin inkişafına xüsusi önəm verib. 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və ölkə Prezidenti To Lamın Azərbaycana dövlət səfəri zamanı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi isə bu əməkdaşlığın tarixində yeni mərhələnin başlanğıcı olub.
Prezident İlham Əliyevin Vyetnama səfəri məhz həmin strateji tərəfdaşlıq çərçivəsində əldə olunmuş razılaşmaların inkişaf etdirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və qarşılıqlı əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından diqqət çəkir.
Hanoi şəhərində keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycan və Vyetnam arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev və Prezident To Lamın qəbul etdiyi Birgə Bəyanat iki ölkənin strateji tərəfdaşlığın inkişafına dair ortaq mövqeyini və gələcək əməkdaşlıq niyyətlərini bir daha təsdiqləyib.
Səfər çərçivəsində parlamentlərarası əlaqələrin, siyasi partiyalar arasında əməkdaşlığın, diplomatik məsləhətləşmələrin və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələlərinə də diqqət yetirilib.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan və Vyetnamın BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda əməkdaşlıq təcrübəsi mövcuddur. Bu təcrübənin davam etdirilməsi və yeni istiqamətlərlə zənginləşdirilməsi hər iki ölkənin beynəlxalq münasibətlər sistemində qarşılıqlı fəaliyyət imkanlarını artırır.
Səfərin mühüm məqamlarından biri də iki ölkə arasında münasibətlərin yalnız siyasi bəyanatlar səviyyəsində deyil, konkret sənədlər və praktiki əməkdaşlıq mexanizmləri əsasında inkişaf etdirilməsinə yönəlmiş addımların atılmasıdır.
Bütün bunlar göstərir ki, Azərbaycan–Vyetnam münasibətləri tarixi dostluq ənənələrini qorumaqla yanaşı, müasir beynəlxalq münasibətlərin tələblərinə uyğun yeni məzmun qazanır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri strateji tərəfdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi və iki xalq arasında dostluq əlaqələrinin gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli siyasi hadisə kimi yadda qalacaq.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Xəbəri paylaş
Digər xəbərlər
24-11-2026






















































