Mobil versiya
Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir
Tarix: 11-12-2024 | Saat: 12:27
Bölmə:Dünya | çapa göndər

Makron Ukraynada 40 min hərbçidən ibarət sülhməramlı missiyanın yerləşdirilməsini təklif edir

Fransa Prezidenti Emmanuel Makron atəşkəs zamanı Ukraynada 40 minə yaxın hərbçinin yerləşdirilməsini planlaşdırır.

aia.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri missiyanın göndərilməsi layihəsi üzərində işləyən Fransa Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Eli Tenenbaumа istinadən yazır.

Məqalədə qeyd olunur ki, Fransa Ukraynaya sülhməramlı missiya göndərməyi təklif edir. Bu missiya Rusiya tərəfinin gələcəkdə mümkün atəşkəsi və müəyyən edilmiş demarkasiya xəttini pozmayacağına zəmanət verəcək. Makron bu planı Varşavaya səfəri zamanı müzakirə edəcək.

"Sülhməramlı missiya beş briqadadan - təxminən 40 min əsgərdən ibarət ola bilər. Onlardan birinə Polşa komandanlıq edə bilər", - ekspert bildirib.

Dekabrda Avropa İttifaqı diplomatiyasının yeni rəhbəri Kaya Kallas mümkün atəşkəs zamanı Avropa ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyini istisna etməyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə