Mobil versiya
Bu ilin son iki ayında Azərbaycanda yağıntıların miqdarı normadan yuxarı olub
Tarix: 10-12-2024 | Saat: 15:21
Bölmə:Ölkə | çapa göndər

Bu ilin son iki ayında Azərbaycanda yağıntıların miqdarı normadan yuxarı olub

Bu ilin payız aylarında Azərbaycan üzrə yağıntıların miqdarı sentyabrda normadan aşağı, oktyabr və noyabrda normadan yuxarı olub.

aia.az xəbər verir ki, bu barədə "Report"-un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, xidmətin mütəxəssisləri tərəfindən aparılan təhlil və müşahidələrə əsasən son on il ərzində Azərbaycan üzrə ən çox yağıntı 2016-cı ildə qeydə alınıb və iqlim normasından yuxarı olub:

"2016-cı ildə ölkə üzrə düşən yağıntının miqdarı ümumilikdə orta hesabla 570.7 mm təşkil edib. Ən çox yağıntılar oktyabr ayında Bakı və Abşeron yarımadasında (iqlim normasının 509 faizi), noyabr ayında isə Mərkəzi Aran rayonlarında (iqlim normasının 179 faizi) qeydə alınıb".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə