Mobil versiya
"Həkimlər lazım olmayan aktiv qida əlavələrini reseptə yazırdılar" - Komitə sədri
Tarix: 10-12-2024 | Saat: 12:59
Bölmə:Parlament | çapa göndər

"Həkimlər lazım olmayan aktiv qida əlavələrini reseptə yazırdılar" -

"Həkimin xəstəliklə bağlı bir çox tövsiyələri olur. Bu, xəstənin qidalanması, davranışı və digər məsələlərlə bağlıdır. Ona görə dərman vasitələri olmayan preparatların reseptə yazılması qadağandır. Bunu ona görə qadağan etdi ki, burada süni istifadə etmə halları olurdu".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, həkimlər bəzən lazım olmayan aktiv qida əlavələrini reseptə yazırdılar: "Bu da xoşagəlməz hallara gətirib çıxarardı. Həkim hesab edirsə uşağa süni qida maddəsi lazımdır, tövsiyə edəcək və onun əldə olunması üçün reseptə ehtiyac yoxdur. Qida əlavələrini həkim reseptə yaza bilməz. Tövsiyə edə bilər ki, təyin etdiyim dərman vasitələri ilə bərabər qida əlavələrində də istifadə edə bilərsiz. Onların reseptdə göstərilməsi düzgün deyil. Buna görə də "Dərman vasitələri haqqında" qanunda bunu qadağan etmişik".

"Elə vitaminlər var ki, onlara resept verilir. Müəyyən vitaminlər var ki, onları reseptsiz də əldə etmək olar", - deyə Ə.Əmiraslanov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə