Avropa Parlamentində Azərbaycana qarşı olan qüvvələrin mövqeyi Avropa İttifaqının strateji maraqlarına uyğun deyil -Elman Nəsirov
Tarix: 10-12-2024 | Saat: 12:25
Bölmə:Siyasət | çapa göndər

Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər xüsusi əhəmiyyət və çəkiyə malikdir. Bu da təsadüfi deyil. Çünki Azərbaycanın ticarət tərəfdaşları arasında Avropa İttifaqı xüsusi yer tutur və bizim ticarət dövriyyəmizin təxminən 53 milyard dollarlıq xarici ticarət dövriyyəmizin yarısına qədəri məhz Avropa İttifaqı ölkələri ilə bağlıdır. Azərbaycanın Avropa İttifaqının 10 dövləti ilə strateji tərəfdaşlıq münasibətləri var və bizim enerji sahəsində münasibətlərimizin çox geniş perspektivləri var. Avropa İttifaqı Azərbaycana etibarlı tərəfdaş kimi tanıyır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Komissiyasının yenidən sədri seçilməsi münasibətilə Ursula Fon der Lyayenə, eyni zamanda Avropa İttifaqı Şurasının prezidenti seçilməsi ilə əlaqədar Antonio Koştaya ünvanladığı təbrik məktubunda vurğulamışdır ki, Azərbaycan və Avropa İttifaqı arasında həm siyasi dialoq, həm ticarət, iqtisadi, nəqliyyat, kommunikasiya, enerji təhlükəsizliyi, yaşıl enerji, turizm və digər sahələrdə əməkdaşlıq münasibətləri dinamik inkişaf tempinə malikdir və onun çox geniş perspektivləri var. Ən başlıcası, Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı, faydalı və bərabərhüquqlu münasibətlərin qorunub saxlanması və inkişafında maraqlıdır və bu, hər iki tərəfin maraqlarına xidmət edir və Azərbaycan da analoji yanaşmanı Avropa İttifaqından gözləyir.
Bu sözləri açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.
Elman Nəsirov vurğuladı ki, obyektivlik naminə onu da vurğulayaq ki, bir çox hallarda Avropa İttifaqı və xüsusilə də onun qanunverici orqanı olan Avropa Parlamentindən Azərbaycana qarşı qərəzli bəyanatlar, qərəzli qətnamələr qəbul edilir ki, bu da heç bir halda Azərbaycan Avropa İttifaqı münasibətlərinin nə bu gününə, nə də perspektivlərinə xidmət etmir. Biz əslində bir-birinin qarşılıqlı şəkildə maraq dairəsində olan tərəflərik. Xüsusilə də 2009-cu ildən bəri Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində bizim əlaqələrimizin geniş inkişaf tempi var. Düzdür, Azərbaycan Avropa İttifaqına daxil olmaqla bağlı bir hədəfi yoxdur, amma biz məlum proqram çərçivəsində və digər institutlar çərçivəsində Avropa İttifaqı ilə əlaqələrimizi genişləndirmək istəyirik və xüsusilə də Avropanın enerji təhlükəsizliyində Azərbaycan yeni alternativ enerji mənbəyidir. Azərbaycan üçün enerji təhlükəsizliyi ilk növbədə enerji marşrutlarının şaxələndirilməsi öz ifadəsini tapır və Avropa bazarı bizim üçün bu baxımından əhəmiyyətli bir bazardır. Cənub Qaz Dəhlizi də məhz Avropaya ünvanlanmış bir marşrutdur. Avropa üçün enerji təhlükəsizliyi ilk növbədə bu enerji mənbələrinin şaxələndirilməsində öz ifadəsini tapır. Azərbaycan da Avropa üçün qeyd etdiyimiz kimi, yeni alternativ enerji mənbəyidir və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Azərbaycanda səfərdə olarkən razılaşma əldə edildi, konkret bir memorandum imzalandı. Enerji təhlükəsizliyi sahəsində 2027-ci ilə qədər Azərbaycan Avropaya 20 milyard kubmetr qaz ötürməlidir, qazla təmin etməlidir və bu da doğrudan da strateji bir razılaşmadır və Avropa üçün də bunun əhəmiyyəti böyükdür.
Deputat bildirdi ki, Avropa Parlamentində oturub Azərbaycana qarşı hədyanlar söyləyənlər, dezinformasiya yayanlar, feyk informasiyaları paylaşanlar, sanki oturduqları ağacın budaqlarını doğrayırlar və onlar bu davranışları ilə Avropa İttifaqının strateji maraqlarına deyil, öz ciblərinin və mədələrinin maraqlarına xidmət edirlər ki, bu da qəbuledilməzdir və Azərbaycan dövləti Avropa İttifaqı ilə əməkdaşlıq xəttinin qorunub saxlanması və inkişafında maraqlıdır. Avropa İttifaqı öz strateji maraqlarından çıxış edərək Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla analoji münasibətlərin qorunub saxlanması və davamlı inkişafında maraqlı olmalıdır. Bu, həm rəsmi Bakı, həm də Brüsselin strateji niyyətlərinə uyğundur.
Səbinə Kazımova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-05-2025
16-05-2025