Mobil versiya
Mediamız Azərbaycan tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısıdır
Tarix: 18-07-2025 | Saat: 17:10
Bölmə:Siyasət | çapa göndər

Mediamız Azərbaycan tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısıdır

Son 21 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev möhkəm təməl üzərində Azərbaycanı daha yüksək zirvələrə aparır. Ölkəmizin dünyaya təqdim etdiyi inkişaf modeli düşünülmüş və məqsədyönlü siyasətimizin nəticəsidir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, müasir dünyada inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin inkişaf səviyyəsini göstərir.
Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur. İnternet istifadəçilərinin sayı 85 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Təqdirəlayiq haldır ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdən birini tutur.  Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə bəlkə də heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil. Təbii ki, qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı da öz növbəsində fəaliyyətini yeni aktual çağırışlara uyğun qurmalıdır. Dövlətimiz medianın inkişafına böyük diqqət göstərir. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist peşakarlığının artırılması bütün dövrlərdə aktuallığını qoruyur.
Azərbaycanın iqtisadi imkanları artdıqca, kütləvi informasiya vasitələrinə göstərilən diqqət də artır. Bu gün Azərbaycan dövlətinin, xalqının  mətbuatdan əsas gözləntiləri  informasiya  təhlükəsizliyinin, dövlət maraqlarının qorunması,  peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürməkdir. Dövlətimizin başcısı İlham Əliyevin rəhbərliyi ilə mətbuatımız daha da saflaşır,  təkmilləşir, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyir.
Tarixi Zəfərimiz, suverenliyimizin tam bərpası bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həllivacib məsələlər qoydu. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Bu Fərmana əsasən  yaradılan Medianın İnkişafı Agentliyinin ötən  müddətdə həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq qəbul edilən “Media haqqında” yeni Qanun azad mətbuatın inkişafına geniş imkanlar yaradır. Bundan əlavə, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanının yaradılması,  Media Reyestrinin qaydalarının təsdiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın media mühitinə gətirdiyi yeni yanaşmaların təqdimatıdır. Bu kimi qərarlar bir daha təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı demokratiyanın vacib amillərindən biri kimi dövlətin siyasətində mühüm yer tutur.
Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini daha da  artırmışdır.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-07-2025