Mobil versiya
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin edilib
Tarix: 10-12-2024 | Saat: 11:43
Bölmə:Manşet / Parlament | çapa göndər

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin edilib

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına yeni üzvlər təyin edilib.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında" qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni üzvləri aşağıdakılardır:

Ziyafət Əsgərov, Arzu Nağıyev, Əminə Ağazadə, Vüqar Gülməmmədov, Fərid Hacıyev.

Qeyd edək ki, Komissiya 15 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Komissiyanın 5 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 5 üzvü Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən, 5 üzvü isə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Bundan əvvəl Milli Məclisi tərəfindən təyin olunmuş Komissiya üzvləri Milli Məclis sədrinin sabiq müavini Adil Əliyev, sabiq deputat Elşad Mirbəşir, deputatlar Əminə Ağazadə, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə