Mobil versiya
Medianın İnkişafı Agentliyi açıqlama YAYDI
Tarix: 09-12-2024 | Saat: 19:22
Bölmə:Ölkə / Media | çapa göndər

Medianın İnkişafı Agentliyi açıqlama YAYDI

Bir sıra sosial şəbəkə istifadəçiləri tərəfindən Gəncə şəhəri ətrafında partlayış səslərinin eşidilməsi və təcili tibbi yardım maşınlarının intensiv hərəkətinin müşahidə olunması ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətdə süni ajiotaj yaratmağa yönəlmişdir.

aia.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilir.

Qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cari ilin hazırlıq planına uyğun olaraq, Quru Qoşunları bölmələrinin Seyfəli poliqonunda taktiki təlim keçirdiyini və narahatlığa heç bir əsas olmadığını bildirib.

“Sosial şəbəkə seqmentinə bu tipli yalan məlumatların yayılmasını və təkrar tirajlanmasını yolverilməz hesab edirik.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların təsirinə düşməməyə çağırırıq”, - deyə agentliyin açıqlamasında vurğulanır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə