Bəşər Əsəd hökumətinin rəsmiləri məsuliyyətə cəlb ediləcək - Blinken
Tarix: 09-12-2024 | Saat: 15:26
Bölmə:Dünya | çapa göndər
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton Suriyanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən tərəfləri, eləcə də Suriyanın keçmiş hökuməti dövründə çalışmış yüksək çinli məmurları məsuliyyətə cəlb etmək niyyətindədir.
aia.az xarici KİV-ə istinadən xəbər verir ki, Blinkenin sölərinə görə, keçmiş rəsmilər kimyəvi silahdan istifadə də daxil olmaqla, Suriya xalqına qarşı törədilən vəhşiliklərə və cinayətlərə görə” cavabdehlik daşıyacaqlar.
Dövlət Departamentinin rəhbəri həmçinin Suriyada hakimiyyəti ələ alan müxalifət qüvvələrini insan haqlarına hörmətlə yanaşmağa və ölkənin mülki əhalisini qorumağa çağırıb.
Blinken Vaşinqtonun regionda baş verən hadisələri yaxından izlədiyini vurğulayıb.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanındakı nümayəndəsi Mixail Ulyanov özünün Telegram kanalında Əsədin ailəsi ilə birlikdə Moskvada olduğunu xatırladaraq, “Rusiya çətin vəziyyətdə dostlarına xəyanət etmir” deyə qeyd edib.
Bəzi Suriya nəşrləri və sosial şəbəkələrin Suriya bölməsi Əsədin ailəsi ilə birlikdə Moskvaya getməsi barədə rusların yaydığı məlumatı şübhə altına alıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024