Mobil versiya
Mahir Süleymanlı Xaçmazda vətəndaşların növbəti qəbulunu keçirib -Fotolar
Tarix: 06-12-2024 | Saat: 14:58
Bölmə:Ölkə | çapa göndər

Mahir Süleymanlı Xaçmazda  vətəndaşların növbəti qəbulunu keçirib

Dekabrın 6-da Xaçmaz rayonunun Çarxı kəndində növbəti vətəndaş qəbulu keçirdik. Görüş zamanı kənd sakinlərinin su, qaz təchizatı, eləcə də məşğulluq və işsizliklə bağlı problemlərini dinlədik. Səsləndirilən məsələlərin bir qismini yerindəcə həll etdik, digərlərini isə qeydə alaraq səlahiyyətlərimiz çərçivəsində həllinə çalışacağımızı bildirdik.

Bundan əlavə, şəhid Mahir Məmmədovun ailəsini ziyarət etdik. Şəhidin anası Timziyə Məmmədova ilə görüş zamanı onun qayğı və ehtiyacları ilə maraqlandıq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə göstərdiyi diqqət və qayğını xüsusi vurğuladıq. Şəhidin anası göstərilən bu yüksək diqqətə görə dərin minnətdarlığını ifadə etdi.

Mahir Süleymanlı
​Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə