Mobil versiya
"Azərbaycan-Ermənistan sülh sazişi bütün aktorların marağına uyğundur" - Türkiyə TŞ
Tarix: 06-12-2024 | Saat: 10:11
Bölmə:Manşet / Dünya | çapa göndər

"Azərbaycan-Ermənistan sülh sazişi bütün aktorların marağına uyğundur" -

Azərbaycan ilə Ermənistan arasındakı uzunmüddətli sülh regiondakı bütün aktorların marağına uyğundur.

aia.az xəbər verir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair bəyanatda öz əksini tapıb.

Sənəddə Bakı-İrəvan danışıqlarında müsbət irəliləyişin sülh sazişi ilə nəticələnəcəyinə dair gözləntilər və arzular ifadə edilib.

İclas zamanı Ukraynadakı son vəziyyətin də müzakirə olunduğu qeyd olunur.

Türkiyə Milli Təhlükəsizlik Şurası bəyan edib ki, Ukraynada müharibənin genişlənməsi tendensiyasının qarşısı alınmalıdır, atəşkəs və ədalətli sülhə nail olunmalıdır.

Bəyanatda Suriyada baş verən son hadisələrə də diqqət çəkilib.

Bildirilir ki, Ankara hər zaman və qətiyyətlə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunub saxlanmasına dəstək verib. “Son hadisələr Bəşər Əsəd rejiminin öz xalqı və müxalifətlə danışıqlar apararaq ümumi fikrə gəlməsinin vacibliyini bir daha ortaya qoyub. Suriyada mülki əhalinin təhlükəsizliyi təmin olunmalıdır”, - deyə qeyd edilib.

Türkiyənin milli təhlükəsizliyinə və türk xalqına qarşı hər hansı təhdidin dərhal aradan qaldırılacağı bəyanatda vurğulanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə