COP29 Azərbaycanın təşkilatçılıq və diplomatik bacarıqlarını qlobal miqyasda bir daha təsdiq etdi
Tarix: 27-11-2024 | Saat: 15:41
Bölmə:Siyasət / Özəl | çapa göndər
COP29, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə bir dönüş nöqtəsi olaraq, müxtəlif ölkələrin əməkdaşlığını və yeni siyasətləri müəyyən etmək üçün çox vacib bir tədbir kimi yadda qaldı. Bu cür zirvə görüşləri, iqlim diplomatiyasının gələcəyini formalaşdırmaq üçün bir çox fürsətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti haqqında deyib: “COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.” Həmçinin müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması BMT rəhbərliyindən və bütün qonaqlardan yüksək qiymət aldı.
COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olaraq qəbul edilməsinin bir neçə əsas səbəbi ola bilər; COP29-da, karbon emissiyalarının azaldılması üçün daha sərt və konkret hədəflər müəyyən edildi. İqlim dəyişikliyi ilə mübarizə üçün ölkələr arasında daha effektiv və praktik öhdəliklər müəyyənləşdirildi. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün dəstək mexanizmlərinin daha da gücləndirilməsini özündə ehtiva edir.
Həmçinin, bu zirvə görüşündə iqlim dəyişikliyinə qarşı mübarizədə yaşıl maliyyə və yeni təmiz enerji texnologiyalarına investisiyalar müzakirə obyekti oldu.
COP29-da, iqlim dəyişikliklərinin yaratdığı fəsadlara uyğunlaşma və təbii fəlakətlərdən zərər çəkən ölkələrə yardım yolları müzakirə edildi. Bu, xüsusilə kiçik adalar və zəif inkişaf etmiş ölkələr üçün həyati əhəmiyyət daşıyan bir məsələ idi.
Tanınmış mütəxəssislərin böyük əksəriyyəti, iqlim dəyişikliklərinin zəif inkişaf etmiş və həssas bölgələrə təsirinin daha böyük olduğu qənaətindədirlər. COP29-da bu məsələyə xüsusi diqqət yetirildi. Həmçinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim məsələləri üzrə hüquqi və maliyyə balansının qurulmasına xüsusi diqqət yetirildi.
Bakı zirvəsində yeni təşəbbüslər, hətta daha iddialı iqlim hədəfləri müzakirə edildi.
Azərbaycan COP29-da keçirilən müzakirələrdə Şərqi Avropa və Mərkəzi Asiya regionunun səsini dünyaya çatdıran bir ölkə olaraq çıxış etdi.
COP29, bir tərəfdən inkişaf etmiş ölkələrin iqtisadi və texnoloji resurslarından faydalanan, digər tərəfdən isə daha həssas regionlar və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verən bir yanaşma təqdim etməli olduğunu ortaya qoydu. Bu şərtlər daxilində, iqlim dəyişikliklərinə qarşı mübarizə daha bərabər, ədalətli və dayanıqlı bir şəkildə aparıla bilər. Beləliklə, COP29-un iqlim diplomatiyasının dönüş nöqtəsi olmasının əsas səbəblərindən biri, ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın güclənməsi, həmçinin qlobal iqlim siyasətində daha sərt tədbirlərin həyata keçirilməsidir. Bu istiqamətdə konkret hansı addımların atılacağını zaman göstərəcək.
Bir məqama diqqət etmək lazımdır ki, uzun illərdir karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirildi. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyir: “Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm. COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. Mən COP29-a gedən yolda Azərbaycana göstərdikləri dəstəyə görə bütün Tərəflərə, Birləşmiş Millətlər Təşkilatına və UNFCCC-yə minnətdarlığımı bildirirəm”.
Son olaraq bir daha qeyd etmək istərdim ki, COP29-un Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səhnədə təşkilatçılıq qabiliyyətinin yüksək olduğunu bir daha göstərdi. Bu cür böyük və strateji əhəmiyyət kəsb edən bir tədbirin Bakıda keçirilməsi, yalnız ölkənin iqlim siyasətindəki irəliləyişləri deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirdi. Bu, həmçinin Azərbaycanın təşkilatçılıq və diplomatik bacarıqlarını qlobal miqyasda tanıtdı.
Fərid Ramazanov,
YAP Zaqatala rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024