Bir xalqın inkişafı, oyanışı onun mətbuatından başlayır
Tarix: 18-07-2025 | Saat: 09:47
Bölmə:Siyasət | çapa göndər

Bu şərəfli işi ilk dəfə öz çiyinlərinə götürən, onun necə məsuliyyətli və ağır olduğunu anlayan Həsən bəy Zərdabi olmuşdur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi ilk dəfə olaraq mətbuat tarixinə "Əkinçi" qəzeti ilə daxil oldu. Uzun və çətin mübarizədən sonra o, nəhayət ana dilində ilk mətbu orqanın əsasını qoydu. Cəmi 56 nömrəsi çap olunmasına baxmayaraq, bu hadisəni həmin dövr üçün əsl inqilab hesab etmək olar. "Əkinçi"dən sonra nəşr olunan "İrşad", "Kəşkül", "Həyat", "Molla Nəsrəddin", "Füyuzat" və digər bu kimi qəzet və jurnallar milli mətbuatın inkişafının bariz nümunəsi oldu. Bu mətbu orqanların fəaliyyəti həm ictimai, həm də ədəbi-mədəni mühitin inkişafına müsbət təsir göstərdi. Qəzeti nəşr etməkdə Həsən bəyin əsas məqsədi xalqı maarifə, elmə, təhsilə səsləmək, onu zülm və cəhalətdən xilas etmək, qəflət yuxusundan oyatmaq idi. Mətbuatın dövlətin müstəqillik tarixində də rolu danılmazdır. Ümummilli lider Heydər Əliyevin jurnalistlərə verdiyi dəyər və onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətində medianın önə çəkilməsi, bu sahə üçün geniş imkanların yaradılması bunun bariz sübutudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması Azərbaycan mətbuatının inkişafı üçün yeni imkanlar açmışdır. Mətbuatın inkişafı dövlətimizin gücünü və nüfuzunu dünya arenasında tanıtmaq baxımından ən mühüm vasitələrdən biridir. Milli Mətbuat Günü münasibətilə bu sahədə əməyi olan bütün televiziya, qəzet və media işçilərini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.
Kəmalə Həsənova
YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT -nin sədr müavini
Laçın rayon 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər